Xəbərlər
MDU-nin alimləri zeytun yağının istehsalı zamanı əmələ gələn tullantıların nə qədər zəhərli olduğunu araşdırdılar
Sen 03, 2019 | 10:56 / Maraqlı məlumatlar
Oxunub 2897 dəfə

MDU-nin alimləri zeytunun  sıxılmasından və yağın alınmasından sonra qalan tullantının kimyəvi tərkibini öyrənmişlər və onun nə dərəcədə zəhərli olduğunu tədqiq etmişlər.

Bu araşdırmanın başlıca üstünlüyü yalnız mikroorqanizmlərdə deyil, həmçinin bitkilərdə, onurğasızlarda və onurğalılarda toksikoloji effektini öyrənilməsidir. Bu isə tullantının ekosistemə təsirini daha tam təsəvvür etməyə imkan verir.

Məlum olmuşdur ki, zeytun yağının istehsalı zamanı yaranan tullantıların PH-ı aşağıdır, (yəni normadan artıq turşdur), tərkibində isə fenol birləşmələrinin miqdarı çoxdur; nəticədə bu tullantı orqanizmlərin normal inkişafına mane olur.

İşin nəticələri ətraf mühitin problemlərinə həsr olunmuş dünyanın qabaqçıl jurnalından biri olan Science of the Total Environment –də dərc edilmişdir.

JURNALLAR
Faydalı linklər