Xəbərlər
AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev Sloveniyanın Portoroj şəhərində keçirilən 6-cı Avropa konfransında iştirak etmişdir
İyl 02, 2019 | 13:10 / Mühüm hadisələr
Oxunub 537 dəfə

Akademik Dilqəm Tağıyev 26-30 iyun 2019-cu ildə Sloveniyanın Portoroj şəhərində keçirilən Oksidləşmə proseslərinin ekoloji tətbiqi üzrə 6-cı Avropa konfransında məruzə ilə iştirak etmişdir. Konfrans iştirakçılarının sayı 300-dən çox olmaqla Dünyanın 51 ölkəsini, o cümlədən, Avropa ölkələrindən savayı ABŞ, Kanada, Braziliya, Meksika, Yaponiya, Çin, Cənubi Koreya, Tailand, Sinqapur, Avstraliya, BƏƏ, Səudiyyə Ərəbistanı və digər ölkələri təmsil edirdilər. Bu baxımdan konfrans beynəlxalq statusa malik idi.

Konfransda 4 plenar və 4 dəvət olunmuş məruzə dinlənildi, çoxlu sayda qısa şifahi və poster məruzələr haqqında fikir mübadiləsi aparıldı. Konfransın əsas mövzusuna müvafiq olaraq müxtəlif katalitik sistemlərin iştirakı ilə havada, suda və bioloji obyektlərdə olan müxtəlif təbiətli toksiki maddələrin zərərsizləşdirilməsi məqsədilə aparılan tədqiqatların nəticələri ətraflı müzakirə edildi. Ən yaxşı poster məruzəsi və gənc tədqiqatçıların işlərinə görə I, II və III dərəcəli diplomlar qaliblərə təqdim olundu.

Növbəti 7-ci Avropa konfransının 2021-ci ildə Portuqaliyada keçirilməsi qərara alındı.

JURNALLAR
Faydalı linklər