Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı k.ü.f.d. Səlim Əsədovun müəllifi olduğu məqalə “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılmış impact faktoru 2.728 (CA) olan “Advances in Materials Science and Engineering” jurnalında dərc olunmuşdur
İyn 11, 2019 | 12:38 / Mühüm hadisələr
Oxunub 3289 dəfə

“TlFe1-xGaxS2 bərk məhsullarında cərəyan daşınması və termoelektrik hərəkət qüvvəsi” adlı məqalədə TlFe1xGaxS2 bərk məhlulları birbaşa element sintezi ilə alınmışdır.

TlFe1-xGaxS2 bərk məhlullarında termoelektrik xassələrinin və xüsusi elektrik keçiriciliyinin temperatur asılılıqları öyrənilmişdir. Cərəyan ötürücülüyünün mexanizminə əsasən  TlFe1xGaxS2 bərk məhlullarının qadağan olunmuş zolaqda lokallaşmış vəziyyətlərin parametrləri təyin edilmişdir. TlFe1xGaxS2 bərk məhlullarının termoelektrik gücünün temperatur asılılıqlarına əsasən keçiriciliyin növü müəyyən edilmişdir.

«Charge Transport and Thermo-emf in TlFe1-xGaxS2 Solid Solutions» Salim Asadov. Advances in Materials Science and Engineering, Volume 2019, Article ID 9285359, 5 pages. https://doi.org/10.1155/2019/9285359

 

JURNALLAR
Faydalı linklər