Xəbərlər
İnstitutun əməkdaşlarının "The phase equilibria in the Tl-S-I system and electrical properties of the Tl6SI4 and TlS compounds" məqaləsi Impakt Faktoru 3.779 (CA) olan "Journal of Alloys and Compounds"da dərc olunmuşdur
İyn 10, 2019 | 11:40 / Mühüm hadisələr
Oxunub 302 dəfə

"Tl-S-I üçlü sistemində faza tarazlığı və Tl6SI4 və TlS birləşmələrinin elektrik xüsusiyyətləri" adlı məqalədə rentgen difraksiya və diferensial termiki analizləri ilə Tl-S-I üçlü sistemində faza tarazlığı tədqiq edilmişdir. Eksperimental nəticələrə əsasən beş izoplet kəsik, proyeksiyanın likvidus səthi və otaq temperaturunda izotermiki kəsik qurulmuşdur. TlS and Tl6SI4 kristallarının dəyişən və sabit elektrik cərəyanı sahəsində elektrik xassələri 120-300 temperatur intervalında və 50 kHz - 35 MHz tezlikdə öyrənilmişdir.

"The phase equilibria in the Tl-S-I system and electrical properties of the Tl6SI4 and TlS compounds" Dunya M. Babanly, Ziya S. Aliev, Qorkhmaz M. Huseynov, Salim M. Asadov, Solmaz N. Mustafaeva, Dilgam B. Tagiyev. Journal of Alloys and Compounds 776 (2019) 495-503.

JURNALLAR
Faydalı linklər