
May 31, 2019 | 12:36 / Maraqlı məlumatlar
Rusiya Elmlər Akademiyasının Yüksəkmolekullu Birləşmələr İnstitutunun alimləri (REAYMBİ ) oynaq xəstəliklərindən əziyyət çəkən xəstələrə kömək məqsədilə polimer materiallar əsasında süni qığırdaq yaratdılar. İnstitutun direktoru Sergey Lyulin belə demişdir: “Biz, poliakrilamid hidrogeli və sellüloz əsasında olan xüsusi materialların sintezini aparmışıq. Nəticədə qığırdaq toxumasına oxşar xassəli material alınmışdır".
Alimin sözlərinə görə, akrilamid polimeri bakterial sellüloz liflərində sintez olunur. Bu bakterial selüloz düzgün seçilmiş temperatur və rütubətdə bakteriyalar tərəfindən istehsal olunur və bu liflər təbii mənşəli olduğundan insanlar üçün zərərsizdir.
İşlənib hazırlanmış material oynaq qığırdaqlarının lokal bölgələrinin və fəqərəarası disklərin zədələnmiş sahələrinin bərpasında və kosmetik tibbdə istifadə oluna bilər.