Xəbərlər
Foto
"Caspian Oil & Gas 2019" və "Caspian Power 2019" sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi
May 23, 2019 | 17:00 / Konfranslar, iclaslar
Oxunub 5138 dəfə

“Hyatt Regency” mehmanxanasında 23 may saat 11:00-da 26-cı Beynəlxalq Xəzər Neft və Qaz sərgi və konfrans, "Caspian Oil & Gas 2019" və 9-cu Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji, "Caspian Power 2019" sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi.

Mətbuat konfransında Fərid Məmmədov, “Iteca Caspian” şirkətinin icraçı direktoru, Ülkar Qasımova, “Caspian Oil & Gas” və “Caspian Power” sərgilərinin meneceri və Aynurə Nəzərli, Xəzər Neft və Qaz Konfransının meneceri iştirak ediblər.

Mətbuat konfransında 30-dan artıq media nümüyəndələri iştirak etmişdi. Onların arasında: AzTv, CBC, Lider, Real Tv, Azertag, Sputnik, Salamnews, Oilgas.az və s. Mətbuat konfransı əsnasında jurnalistlərə sərginin yenilikləri və statistik göstəricilər haqqında məlumat verildi. Mətbuat konfransı əsnasında jurnalistlərə sərginin iştirakçılar, ənənəvi “Caspian Oil & Gas” konfransının proqramı və sponsorlar barədə ətraflı məlumat təqdim olunmuşdu.

Tədbirdə institutumuzun İnformasiya şöbəsinin əməkdaşlarından İsmayılova Arzu və Babaxanova Nailə iştirak etmişlər.

JURNALLAR
Faydalı linklər