Xəbərlər
Okeanın plastiklərlə çirklənməsi atmosferə oksigen verən tsianobakteriyaların məhvinə gətirib çıxardır
May 22, 2019 | 13:51 / Maraqlı məlumatlar
Oxunub 260 dəfə

Yerin atmosferinə daxil olan oksigenin təxminən 10 faizi Prochlorococcus növündən olan tsianobakteriyalar tərəfindən istehsal olunur. Dünya okeanında çox yayılmasına baxmayaraq, onlar da plastiklə çirklənmədən ciddi şəkildə ziyan görürlər. Statistikaya görə hər il 8 milyon tondan çox plastik dənizə tökülür.

Alimlər okeanın müxtəlif dərinliklərində yaşayan Prochlorococcus–un iki ştammından istifadə edərək onları təbii şəraitdə əsas plastik materiallar olan polietilen və polivinilxloridin parçalanması zamanı əmələ gələn kimyəvi birləşmələrin təsirinə məruz qoydular. Bu təsir nəticəsində tsianobakteriyaların genomunda gözəçarpacaq dərəcədə aktivliy dəyişir. Belə ki, onların artımı, fotosintez sürəti, təmiz oksigenin ayrılması azalır.

Tədqiqatçıların fikrincə, əgər hər on dəfə dərin nəfəs almaq üçün bizə oksigen verən bakteriyalara qarşı plastik qablar təhlükə yaradırsa, onda o, birbaşa insanlar üçün də təhlükə yaradır.

JURNALLAR
Faydalı linklər