Xəbərlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Elmlər Akademiyasının prezidentini qəbul edib
May 21, 2019 | 13:00 / Mühüm hadisələr
Oxunub 208 dəfə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Rusiya Federasiyası Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyevi qəbul edib.

Qəbula görə minnətdarlığını bildirən Rusiya Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyev Azərbaycan Respublikasının Prezidenti ilə bu görüşün onun üçün və ümumilikdə, Rusiya Elmlər Akademiyası üçün böyük önəm daşıdığını deyib. Aleksandr Sergeyev ölkəmizə səfərinin əsas məqsədinin elmlər akademiyaları arasında uzun illər həyata keçirilən birgə səmərəli əməkdaşlığın yenidən bərpa edilməsindən ibarət olduğunu diqqətə çatdırıb.

Dövlətimizin başçısı elm sahəsində əvvəllər mövcud olan ənənəvi əlaqələrin hazırkı dövrdə və gələcəkdə əməkdaşlığın inkişaf etdirilməsi üçün zəmin yaratdığını bildirib. Rusiya elminin son illər əldə etdiyi nailiyyətlərə toxunan dövlətimizin başçısı ölkələrimizin gələcək elmi əməkdaşlığı üçün böyük potensialın mövcud olduğunu vurğulayıb. Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafının elm sahəsində də əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaratdığını deyib.

Dövlətimizin başçısı Rusiya Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevin Azərbaycana səfərinin ölkələrimiz arasında elmi əməkdaşlığın inkişafı və bu sahədə konkret addımların atılması işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

science.gov.az

JURNALLAR
Faydalı linklər