Xəbərlər
Foto
Bakı İstanbul Liseyinin şagirdləri “Analitik kimya” laboratoriyasında ekskursiyada
May 16, 2019 | 16:24 / Görüşlər
Oxunub 5444 dəfə

Bakı İstanbul Liseyinin elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdləri 16.05.2019-cu il tarixində İnstitutun “Analitik kimya” laboratoriyasında ekskursiyada olublar. Onlara laboratoriyada bir sıra maraqlı kimyəvi reaksiyalar – vulkan reaksiyası, berlin və türnbül abısinin alınması, ammonium rodanidlə dəmir3-xlorid arasında gedən qan reaksiyası, indiqatorların vasitəsi ilə məhlulların gələvi və turş xassələrinin təyini və fil dişi reaksiyası əyani şəkildə göstərilmiş və izah edilmişdir.

Laboratoriya müdiri k.ü.f.d. Aydın Paşacanov şagirdlərə aparılan elmi tədqiqat işlərindən, metal ionlarının üzvi reagentlərlə əmələ gətirdikləri eyni və müxtəlifliqantlı komplekslərdən istifadə edərək, metalların müxtəlif nümunələrdə təyininin yeni üsullarının işlənilməsindən, onların əhəmiyyətindən və gələcəkdə aparılacaq elmi- tədqiqat işləri haqqında geniş məlumat vermişdir.

Həmçinin, vaxtı ilə laboratoriyada işləmiş, tanınmış alimlərdən danışmış, onların analitik kimya sahəsində elmə verdikləri töhfələr haqqında şagirdləri məlumatlandırmışdır. Şagirdlərin verdikləri maraqlı suallara ətraflı cavablar verilmişdir.

 

JURNALLAR
Faydalı linklər