Xəbərlər
Kimyaçılar qrafen kərpiçlərdən divar tikdilər
May 15, 2019 | 12:16 / Maraqlı məlumatlar
Oxunub 2968 dəfə

Çin alimləri qrafen aerogeldən dayanıqlı və elastik metamaterial yaratdılar. Reduksiya edilmiş qrafen oksidi gelindən sıxılma nəticəsində kərpiclər alan tədqiqatçılar 47 meqapaskal təzyiqə, 97% -dən  çox deformasiyaya dözən və 7500 C temperatura qədər yüksək elektrik keçiriciliyi göstərən bir material aldılar.

Sintezin ilk mərhələsində tədqiqatçılar çoxlu miqdarda havanın mikroqabarcıqları köpüyünü yaratmaq  üçün qrafen oksidini suda intensiv qarışdırdılar. Sonra qrafen oksidi reduksiya edildi və yüz mikrometrə qədər böyüklükdə olan qabarcıqlı gel əmələ gəldi. Nəhayət, materialdan keçən birləşdirici kanalları yaratmaq üçün işin müəllifləri əvvəlcə geli dondurdular, sonra isə əritdilər.

Advanced Functional Materialsda dərc olunan məqalənin müəllifləri iddia edirlər ki, metamaterialın tərkib hissələrinin sayının yuxarı həddi yoxdur və o, geniş miqyaslı inşaat işləri üçün tikinti materialları kimi istifadə edilə bilər.

JURNALLAR
Faydalı linklər