“Nano- və elektrokataliz” şöbəsi

 

 

Şöbə müdiri: akademik Dilqəm Tağıyev

Tel: 012 539 93 82

dtagiyev@hotmail.com

director@kqki.science.az 

 

 

Elmi istiqaməti: Oksidlər, seolitlər, təbii və sintetik polimer matrisaları əsasında alınan nanostrukturlaşdırılmış katalitik sistemlərin karbohidrogenlər və onların funksional törəmələrinin çevrilmələrində və elektrokatalitik proseslərdə  tətbiqi.

Akademik Dilqəm Tağıyev 600 elmi əsərin (onlardan 370-ı xaricdə), 50 ixtiranın (patent və müəlliflik şəhadətnaməsi), 17 monoqrafiya və kitabın, 16 elmi-metodiki vəsaitlərin  müəllifidir. Onun rəhbərliyi altında 5 kimya üzrə elmlər doktoru və 13 kimya üzrə fəlsəfə doktoru hazırlanmışdır. O, AMEA-nın Rəyasət Heyəti, Kimya Elmləri Bölməsinin akademik- katibidir. 1983-cü ildə Kimya və kimya texnologiyası sahəsində SSRİ Lenin Komsomolu mükafatı laureatı adına layiq görülmüşdür. 1986-cı ildə "Əməkdə fərqləndiyinə  görə" medalı ilə təltif olunmuşdur. 2000-ci ildə “Azərbaycan Respublikasının Əməkdar müəllimi” adı verilmişdir,  2010-cu ildə isə  “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

 

JURNALLAR
Faydalı linklər