Elanlar
Kataliz və Qeyri üzvi Kimya İnstitutunda dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək.
May 18, 2023 | 11:26
Oxunub 330 dəfə

26 may 2023-cü il tarixində saat 11:00-da ETN-nin akad. M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Nano- və elektrokataliz” şöbəsinin 7 saylı “Nanokompozit katalizatorlar” laboratoriyasının elmi işçisi, sabiq dissertant Vüsal Musa oğlu Əhmədovun 2316.01 – «Kimyəvi kinetika və kataliz» ixtisası üzrə “Qrafit tipli karbon nitrid kompozitlərinin hazırlanması və onların katalitik xassələrinin tədqiqi” mövzusunda kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək. 

JURNALLAR
Faydalı linklər