
May 04, 2023 | 10:09
II kurs magistrantların dissertasiya işlərinin ilkin müzakirəsi “Qeyri-üzvi funksional materiallar”, “Koordinasiya birləşmələri”, “Nano- və elektrokataliz” və “Kohorent sinxronlaşdırılmış oksidləşmə reaksiyaları” şöbələrinin iştirakı ilə 16.05.2023-cü il tarixində İnstitutun AKT zalında keçiriləçək.
“Qeyri-üzvi kimya” ixtisaslaşması üzrə
- Bayramova Flora Şəmsəddin qızı k.ü.f.d.,dos. Leyla Məşədiyevanın rəhbərliyi ilə “Argirodit mineralının sintetik analoqları əsasında yeni dəyişən tərkibli fazaların alınması və tədqiqi” mövzusu üzrə;
- Səfərli Aygün Natiq qızı k.ü.f.d.,dos. Şahnaz Qəhrəmanovanın rəhbərliyi ilə “Cu (II), Mn (II) metal duzlarının müxtəlif donor əsaslı liqandlarla komplekslərinin sintezi və katalitik xüsusiyyətlərinin öyrənilməsi” mövzusu üzrə;
- Quluzadə Aysel Xaqani qızı k.ü.f.d.,dos. Aygün Rüstəmovanın rəhbərliyi ilə “Dəmir və manqanın oksid səthlərə çökdürülmüş metal-tsiklopentadien komplekslərinin termiki xassələrinin tədqiqi” mövzusu üzrə;
“Kimyəvi kinetika və kataliz” ixtisaslaşması üzrə
- Ağamalıyeva Bəsti Elçin qızı k.ü.f.d.,dos.Ulduz Məmmədovanın rəhbərliyi ilə “Koherent-sinxron-laşmış reaksiyalar aspektində kiçik molekullu alkenlərin hidrogen peroksidlə biomimetik monooksidləşməsi” mövzusu üzrə;
- Kərimli Gülnar Habil qızı k.ü.f.d.,dos. Sevinc Osmanovanın rəhbərliyi ilə “Fe(Co)-La-Bi-O tərkibli üçlü oksid katalizatorlar üzərinə adsorbsiya olunmuş metanolun izotermik və dinamik rejimlərdə termodesorbsiyasının tədqiqi” mövzusu üzrə;
- Babayev Elçin Hüseyn oğlu k.ü.f.d.,dos. Ülviyyə Məmmədovanın rəhbərliyi ilə “Benzolun selektiv hidrogenləşməsi üçün kvaternizə olunmuş poli-4-vinilpiridin və Ni əsaslı nanokatalizatorların yaradılması” mövzusu üzrə;
“Kompozisiya materialları kimyası” ixtisaslaşması üzrə
- Quliyeva Lalə Şahin qızı k.ü.f.d.,dos. Hilal Tahirlinin rəhbərliyi ilə “Səthilegirləmə üsulu ilə karbonlu poladlar üzərində xrom karbitlərinin formalaşdırılmasının tədqiqi” mövzusu üzrə;
- Museyibli Könül Qənbər qızı k.ü.f.d.,dos. Hilal Tahirlinin rəhbərliyi ilə “Termodiffuziya üsulu ilə azkarbonlu poladlar üzərində korroziyaya davamlı titan karbid örtüklərinin formalaşdırılmasının tədqiqi” mövzusu üzrə;
- Əliyeva Elmira Fehruz qızı k.ü.f.d.,dos. Sevda Fətullayevanın rəhbərliyi ilə “Modifikasiya olunmuş xitozan və nikel əsasında polimer sorbentlərin yaradılması” mövzusu üzrə;