Elanlar
Elmi Seminarın yığıncağı keçiriləcək.
İyn 16, 2022 | 12:23
Oxunub 732 dəfə

“23” iyun 2022-ci il tarixində saat 10:00-da AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun nəzdində fəaliyyət göstərən ED1.15 Dissertasiya Şurasının 2303.01 – “Qeyri–üzvi kimya” ixtisası üzrə Elmi Seminarın böyük akt zalında yığıncağı keçiriləcək.

Gündəlik məsələ

ADNSU-nun “Kimya və qeyri-üzvi maddələrin texnologiyası” kafedrasının fəlsəfə doktoru proqramı üzrə dissertantı Mehriban Rahil qızı Mikayılovanın 2303.01–“Qeyri–üzvi kimya” ixtisası üzrə “Ruteniumun makromolekulyar liqandlı kompleks birləşmələrinin sintezi və xassələri” mövzusunda fəlsəfə doktorluğu dissertasıya işinin müzakirəsi.

Elmi rəhbər: k.e.d., prof. Minirə Agahüseynova
Rəyçilər:
k.e.d., professor Nailə Verdizadə
k.e.d., baş elmi işçi Mina Münşiyeva

JURNALLAR
Faydalı linklər