
İyn 07, 2022 | 15:03
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Qeyri-üzvi kimya”, “Kimyəvi kinetika və kataliz”, “Fiziki-kimya” “Yüksəkmolekullu birləşmələr kimyası” ixtisaslaşmaları üzrə təhsil alan II kurs magistrların dissertasiya işlərinin əsas müdafiəsi 22 iyun 2022-ci il tarixdə saat 1100-da İnstitutun AKT zalında keçiriləcəkdir.
- Ağayeva Aytən Əliağa qızı k.ü.f.d.,dos. Samirə İmaməliyevanın rəhbərliyi ilə “Sn-Sb-Te sistemində topoloji izolyator xassəli fazaların EHQ üsulu ilə termodinamik tədqiqi” mövzusu üzrə;
- Həsənova Vüsalə Ağamusa qızı k.e.d.,prof. İxtiyar Bəxtiyarlının rəhbərliyi ilə “Tərkibində maqnit ionu saxlayan Ag və ln sulfidləri əsasında yeni fotohəssas kompozitlərin sintezi və xassələri” mövzusu üzrə;
-Əliyeva Nəzakət Aqil qızı AMEA-nın müxbir üzvü Eldar Zeynalovun rəhbərliyi ilə “Yod tərkibli, cox divarlı karbon nanoboruları saxlayan poliolefin kompozisiyaların termooksidləşdirici destruksiyasının və stabilləşdirilməsinin kinetikası” mövzusu üzrə;
- Quliyeva Atiə Xaliq qızı k.ü.f.d.,dos.Sima Zülfüqarovanın rəhbərliyi ilə “Co, Cu, Mn oksid katalizatorlarının zol-gel-yanma metodu ilə alınması və karbon monooksidin oksidləşmə reaksiyasında tədqiqi” mövzusu üzrə;
- Mustafayeva Afət Nəbi qızı k.e.d.,prof. Asif Məmmədovun rəhbərliyi ilə “Termodinamikistabillik funksiyasının asimmetrik variantının (Cu,Sn,Pb)-Se(S) sistemlərində tətbiqi.” mövzusu üzrə;
- Zeynalova Aygün Oruc qızı k.e.d.,prof. Akif Əliyevin rəhbərliyi ilə “Fe-Se yarımkeçirici nazik təbəqələrinin sintezi və fotoelektrokimyəvi xassələrinin tədqiqi” mövzusu üzrə;
- Rəcəbli Aytac Rahib qızı k.ü.f.d.,Samiorə Məmmədovanın rəhbərliyi ilə “Mis ionunun selektiv sorbsiyası üçün xitozan əsasında sorbentlərin alınması və tədqiqi” mövzusu üzrə;