Elanlar
II kurs magistrantların dissertasiya işlərinin ilkin müzakirəsi 27.05.2022-ci il tarixində İnstitutun AKT zalında keçiriləçək.
May 26, 2022 | 11:13
Oxunub 596 dəfə

“Qeyri-üzvi kimya”, “Kimyəvi kinetika və kataliz”, “Fiziki-kimya”, “Yüksəkmole-kullu birləşmələr kimyası” ixtisaslaşmaları üzrə İnstitutda təhsil alan II kurs magistrantlar tərəfindən yerinə yetirilmiş dissertasiya işlərinə elmi rəhbərlər müsbət rəy verərək işlərin müdafiəyə buraxılmasını tövsiyyə etmişlər. Rəhbərlərin tövsiyyələrini nəzərə alaraq,

“Qeyri-üzvi kimya” ixtisaslaşması üzrə
- Ağayeva Aytən Əliağa qızı k.ü.f.d.,dos. Samirə İmaməliyevanın rəhbərliyi ilə “Sn-Sb-Te sistemində topoloji izolyator xassəli fazaların EHQ üsulu ilə termodinamik tədqiqi” mövzusu üzrə;
- Həsənova Vüsalə Ağamusa qızı k.e.d.,prof. İxtiyar Bəxtiyarlının rəhbərliyi ilə “Tərkibində maqnit ionu saxlayan Ag və ln sulfidləri əsasında yeni fotohəssas kompozitlərin sintezi və xassələri” mövzusu üzrə;

“Kimyəvi kinetika və kataliz” ixtisaslaşması üzrə
-Əliyeva Nəzakət Adil qızı AMEA-nın müxbir üzvü Eldar Zeynalovun rəhbərliyi ilə “Yod tərkibli, cox divarlı karbon nanoboruları saxlayan poliolefin kompozisiyaların termooksidləşdirici destruksiyasının və stabilləşdirilməsinin kinetikası” mövzusu üzrə;
- Quliyeva Atiə Xaliq qızı k.ü.f.d.,dos.Sima Zülfüqarovanın rəhbərliyi ilə “Co, Cu, Mn oksid katalizatorlarının zol-gel-yanma metodu ilə alınması və karbon monooksidin oksidləşmə reaksiyasında tədqiqi” mövzusu üzrə;

“Fiziki-kimya” ixtisaslaşması üzrə
- Mustafayeva Afət Nəbi qızı k.e.d.,prof. Asif Məmmədovun rəhbərliyi ilə “Termodinamiki stabillik funksiyasının asimmetrik variantının (Cu,Sn,Pb)-Se(S) sistemlərində tətbiqi” mövzusu üzrə;
- Zeynalova Aygün Oruc qızı k.e.d.,prof. Akif Əliyevin rəhbərliyi ilə “Fe-Se yarım-keçirici nazik təbəqələrinin sintezi və fotoelektrokimyəvi xassələrinin tədqiqi” mövzusu üzrə;
“Yüksəkmolekullu birləşmələr kimyası” ixtisaslaşması üzrə
- Rəcəbli Aytac Rahib qızı k.ü.f.d.,Samirə Məmmədovanın rəhbərliyi ilə “Mis ionunun selektiv sorbsiyası üçün xitozan əsasında sorbentlərin alınması və tədqiqi” mövzusu üzrə;

İnstitutun “Qeyri-üzvi funksional materiallar”, “Mineral xammalın kompleks emalı”, “Nano- və elektrokataliz”, “Kohorent sinxronlaşdırılmış oksidləşmə reaksiyaları” və “Oksidləşdirici heterogen kataliz” şöbələrinin iştirakı ilə keçiriləcək.

JURNALLAR
Faydalı linklər