Elanlar
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cı ildönümü ilə əlaqədar professor-müəllim heyətinin “Fövqəladə hallarla mübarizənin aktual problemləri” mövzusunda VII elmi-texniki konfransının keçirilməsi nəzərdə tutulmuşdur.
Apr 11, 2022 | 12:20
Oxunub 747 dəfə

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 06 may 2022-ci tarixdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cı ildönümü ilə əlaqədar professor-müəllim heyətinin “Fövqəladə hallarla mübarizənin aktual problemləri” mövzusunda VII elmi-texniki konfransının keçirilməsi nəzərdə tutulmuşdur.
Bu sahədə bilik və bacarıqların artırılması məqsədilə rəhbərlik etdiyiniz təhsil müəssisəsinin professor-müəllim heyətini Akademiyada keçiriləcək konfransda iştirak etməyə dəvət edirik.
Konfransda fövqəladə hallar zamanı xilasetmə, təhlükəsizlik problemləri, baş verən qəzaların aradan qaldırılmasında yeni texnologiyaların tətbiqi və bir sıra müxtəlif məsələlər müzakirə olunacaqdır.

İştirakçıların nəzərinə!

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 06 may 2022-ci il tarixdə saat 11:00-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cı ildönümünə həsr olunmuş “Fövqəladə hallarla mübarizənin aktual problemləri” mövzusunda VII elmi-texniki konfrans keçiriləcəkdir. Professor-müəllim heyəti, mütəxəssislər, doktorant və gənc tədqiqatçılar konfransın içində iştirak etməyə dəvət olunurlar.

Konfrans aşağıdakı bölmələri əhatə edir:
Həyat fəaliyyətinin problemləri.
Yanğın təhlükəsizliyi problemləri.
Təbiət elmləri və təhlükəsizlik problemləri.
Fövqəladə hallardan müdafiənin hərbi və sosial problemləri.
Konfrans materialları
Konfransda iştirak etmək istəyənlər məruzə materiallarını 22 aprel 2022-ci il tarixədək Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Elmi-tədqiqat şöbəsinə roya.amirova@fhn.gov.az mail ünvanına göndərə bilərlər. Məruzələr məqalələr toplusunda dərc olunacaq, iştirakçılar sertifikat və fəxri fərmanlarla təltif ediləcəklər.
Məqalələrin tərtibi qaydaları
Məqalənin mətni azərbaycan dilində, Times New Roman şrifti ilə 12 ölçüdə, bir intervalla yazılmalıdır. Səhifənin ölçüləri A4 (210x297mm) formatlı, yuxarı və aşağıdan 25 mm, soldan və sağdan 20 mm boş yer saxlamaqla çap olunur. Məqalənin həcmi 8-10 səhifədən çox olmamalıdır.
Məqalədə aşağıdakı ardıcıllıq gözlənilməlidir:
UOT indeks (qalın, 11 ölçü, böyük hərflərlə, məqalənin yuxarısında, sol hissədə abzasdan yazılmalı);
məqalənin adı (qalın, 12 ölçü, böyük hərflərlə yazılmalı, UOT indekslə məqalənin adı arasında iki interval buraxılmalıdır);
müəllif(lər)in soyadı, adı, atasının adı (qalın, 12 ölçü, kiçik hərflərlə yazılmalı, məqalənin adı ilə müəllif(lər)in soyadı arasında bir interval buraxılmalıdır);
təşkilatın adı, ünvanı, E-mail (12 ölçü, kursiv, kiçik hərflərlə yazılmalı, müəllif(lər)in soyadı ilə təşkilatın adı, ünvanı, E-mail arasında bir interval buraxılmalıdır);
Xülasə
Abstract
Аннотация
Açar sözlər
Key words
Ключевые слова
Giriş
Məsələnin qoyuluşu
Əsas hissə
Nəticə
İstifadə olunmuş ədəbiyyat

Tənliklər və düsturlar mətndən bir boş sətirlə ayrılmalıdır. Düsturları, ardıcıl olaraq, sətrin sağ tərəfində dairəvi mötərizələrdə yerləşdirilmiş ərəb rəqəmləri ilə nömrələmək lazımdır. Məqalənin nəticələrində, elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və alınan əsas nəticələr aydın şəkildə verilməlidir. Məqalənin sonunda verilən ədəbiyyat siyahısı istinad olunan ədəbiyyatların mətndə rast gəlindiyi ardıcıllıqla verilməlidir. Onlara istinad [1] və ya [1, s.95] kimi işarə olunmalıdır. Ədəbiyyat siyahısında son 5-7 ilin elmi məqalələrinə, monoqrafiyalarına və s. istinadlara üstünlük verilməlidir. Məqalədə müəllif(lər)in işlədiyi müəssisə və onun ünvanı, müəllifin elektron poçt ünvanı göstərilməlidir. Əlyazmalar 2(iki) nüsxədə və elektron variantda təqdim olunur.

Ünvan: Suraxanı rayonu Hövsan qəsəbəsi Elman Qasımov küçəsi-8,  Əlaqə telefonu: (012)512-41-58;(055)562-11-34

Konfransda iştirak üçün qeydiyyat forması

Təşkilat (təhsil müəssisəsinin adı)
Struktur bölmə
(kafedra, şöbə, tədris hissəsi, fakültə və s.)
Ali təhsil müəssisəsi üzrə Elmi-tədqiqat şöbəsinin əlaqə telefonu
İştirakçının adı/ata adı/soyadı
İştirakçının vəzifəsi, elmi dərəcəsi, elmi adı və ya kateqoriyası
Məqalənin mövzusu
Konfransın bölmələri üzrə məqalənin istiqaməti
İştirakçının əlaqə telefonu
İştirakçının mail ünvanı
Planlaşdırılmış iştirak forması
Lazımi avadanlıq və proqram təminatı (multimedia proyektoru, stendlər üçün sahə)
Şəxsi məlumatların emalına razılıq

 

JURNALLAR
Faydalı linklər