Elanlar
M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Qeyri–üzvi kimya” ixtisası üzrə Elmi Seminarın yığıncağı keçiriləcək.
Fev 08, 2022 | 15:22
Oxunub 725 dəfə

“10” fevral 2022-ci il tarixində saat 1030-da AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun ED1.15 Dissertasiya Şurasının nəzdində olan 2303.01 – “Qeyri–üzvi kimya” ixtisası üzrə Elmi Seminarın yığıncağı keçiriləcək. 

Gündəlik məsələ 

AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Qeyri-üzvi funksional materiallar” şöbəsinin “Funksional qeyri-üzvi maddələrin termodinamikası” laboratoriyasının elmlər doktoru proqramı üzrə dissertantı İmaməliyeva Samirə Zakir qızının 2303.01–“Qeyri–üzvi kimya” ixtisası üzrə “Talliumun nadir torpaq elementləri ilə telluridlərinin və onlar əsasında çoxkomponentli fazaların alınmasının fiziki-kimyəvi əsasları” mövzusunda elmlər doktorluğu dissertasıya işinin müzakirəsi.

Elmi məsləhətçı: AMEA-nın müxbir üzvü, prof. Məhəmməd Baba oğlu Babanlı.

Rəyçilər:

1) k.e.d. Əjdərova Dilbər

2) k.e.d. Babayev Yasin

3) k.e.d. Salahova Elza

JURNALLAR
Faydalı linklər