Elanlar
II kurs magistrların dissertasiya işlərinin əsas müdafiəsi
May 25, 2021 | 12:32
Oxunub 225 dəfə

 “Qeyri-üzvi kimya”, “Kimyəvi kinetika və kataliz”, “Fiziki-kimya” “Yüksək­molekullu birləşmələr kimyası”, “Kompozisiya materialları kimyası” və “Neft-kimya proseslərinin riyazi modelləşdirilməsi” ixtisaslaşmaları üzrə təhsil alan II  kurs magistrların dissertasiya işlərinin əsas müdafiəsi 8.9 iyun 2021-ci il tarixində saat 1100-da  İnstitutun AKT zalında keçiriləcək.

- Balacayeva Albina Nəcəf qızı k.ü.f.d.,dos. Leyla Məşədiyevanın rəhbərliyi ilə “Famatinit mineralının bəzi sintetik analoqları əsasında yeni ekoloji təhlükəsiz  funksional materialların alınması və tədqiqi” mövzusu üzrə;

- Kərimli Pərvin İlqar qızık.ü.f.d.,dos. Lətifə Həsənovanınrəhbərliyi ilə “Metanın hidrogen peroksidlə biomimetik katalizator iştirakında oksidləşməsi” mövzusu üzrə;

- Musazadə Könül Şirvan qızı k.e.dhttps://kqkiamea.azprof. Arif Əfəndi rəhbərliyi ilə “Tullantı qazlarında karbonmonooksidin zərərsiz­ləş­dirilməsi üçün yeni aktiv katalizatorlar” mövzusu üzrə;

- Salahlı Aytac Mübariz qızı k.e.dhttps://kqkiamea.azprof. Arif Əfəndi rəhbərliyi ilə “Sənaye tullantılarında C1-C2 xlorkar­bohidrogenlərin katalitik zərərsizləşdirilməsi prosesinin modelləşdirilməsi” mövzusu üzrə;

- Əsədzadə Günay Şəmil qızı AMEA-nın müxbir üzvü Eldar Zeynalovun rəhbərliyi ilə “Toluoldan dəmir saxlayan karbon nanoborularının sintezi və onların alkilaromatik karbohidrogenlərin oksidləşmə reaksiyalarında tədqiqi” mövzusu üzrə;

- Ganzayeva Gülbəniz Mahir qızı akademik Əjdər Məcidovun rəhbərliyi ilə “Amin turşuların hidrazid törəmələri ilə çox  nüvəli manqan  komplekslərinin  redoks xassələri və katalitik aktivliyi” mövzusu üzrə;

- Şıxverdiyeva Nigar Tağı qızı k.ü.f.d.,dos. Ülviyyə Məmmədovanın rəhbərliyi ilə “Metal polimer karkaslar əsasında hibrid materialların yaradılması” mövzusu üzrə;

- Aslanova Həcər Fikrət qızı k.e.d. Nizami Zeynalovun rəhbərliyi ilə “Metal nanohissəciklərin immobilizə olunması  və stabilləşdirilməsi üçün polimer matrisaların sintezi” mövzusu  üzrə;

- Seyidova Çiçək Mirməhəmməd qızı k.e.d. Nizami Zeynalovun rəhbərliyi ilə “Metil yodidlə kvarternizə olunmuş xitozan və doksisiklin əsasında alınmış biokompozitin tədqiqi” mövzusu üzrə;

- Əliyev Emin Fərid oğlu t.e.d. Aqil Səfərovun rəhbərliyi  ilə “İzopropil spirtinin asetona oksidləşdirici dehid­rogenləşmə prosesi üçün reaktor qovşağının optimal layihə­ləndirilməsi”  mövzusu üzrə;

 

          Təhsil Şöbəsi                                     

JURNALLAR
Faydalı linklər