Elanlar
ELAN
May 07, 2021 | 14:30
Oxunub 1523 dəfə

II kurs  magistrantların  dissertasiya  işlərinin  ilkin  müzakirəsi 18.05.2021-ci il tarixində İnstitutun AKT zalında keçiriləçək. 

“Qeyri-üzvi kimya”, “Kimyəvi kinetika və kataliz”, “Fiziki-kimya” , “Yüksək­mole-kullu birləşmələr kimyası”, “Kompozisiya materialları kimyası” və “Neft-kimya proseslərinin riyazi modelləşdirilmə­si” ixtisaslaşmaları üzrə İnstitutda təhsil alan II  kurs  magistrantlar tərəfindən yerinə yetirilmiş  dissertasiya  işlərinə elmi rəhbərlər müsbət rəy verərək işlərin müdafiəyə buraxılmasını tövsiyyə etmişlər.  Rəhbərlərin tövsiyyələrini nəzərə alaraq, 

“Qeyri-üzvi kimya” ixtisaslaşması üzrə  

Balacayeva Albina Nəcəf qızı  k.ü.f.d.,dos. Leyla Məşədiyevanın  rəhbərliyi  ilə “Famatinit  mineralının bəzi  sintetik  analoqları əsasında  yeni ekoloji  təhlükəsiz  funksional materialların  alınması və  tədqiqi”  mövzusu  üzrə; 

“Kimyəvi kinetika və kataliz” ixtisaslaşması üzrə

Kərimli Pərvin İlqar qızı  k.ü.f.d.,dos. Lətifə   Həsənovanın  rəhbərliyi  ilə “Metanın hidrogen peroksidlə biomimetik katalizator iştirakında oksidləşməsi”  mövzusu  üzrə;

Musazadə Könül Şirvan qızı k.e.dhttps://kqkiamea.azprof. Arif  Əfəndi  rəhbərliyi  ilə “Tullantı   qazlarında   karbonmonooksidin  zərərsiz­ləş­dirilməsi  üçün  yeni  aktiv   katalizatorlar”  mövzusu  üzrə;

Salahlı Aytac Mübariz qızı k.e.dhttps://kqkiamea.azprof. Arif  Əfəndi rəhbərliyi ilə “Sənaye  tullantılarında C1-C2   xlorkar­bohidrogenlərin   katalitik  zərərsizləşdirilməsi   prosesinin  modelləşdirilməsi”  mövzusu  üzrə;

Əsədzadə Günay Şəmil qızı AMEA-nın müxbir üzvü Eldar Zeynalovun rəhbərliyi ilə “Toluoldan dəmir saxlayan karbon nanoborularının sintezi və onların alkilaromatik karbohidrogenlərin oksidləşmə reaksiyalarında tədqiqi”  mövzusu  üzrə; 

“Fiziki-kimya” ixtisaslaşması üzrə

Ganzayeva Gülbəniz Mahir qızı  akademik Əjdər Məcidovun rəhbərliyi  ilə “Amin turşuların hidrazid törəmələri ilə çox nüvəli manqan komplekslərinin redoks xassələri və katalitik aktivliyi”  mövzusu  üzrə; 

“Kompozisiya materialları kimyası” ixtisaslaşması üzrə

Şıxverdiyeva Nigar Tağı qızı k.ü.f.d.,dos. Ülviyyə Məmmədovanın rəhbərliyi  ilə “Metal polimer karkaslar əsasında hibrid materialların yaradılması” mövzusu üzrə; 

“Yüksəkmolekullu birləşmələr kimyası” ixtisaslaşması üzrə

Aslanova Həcər Fikrət qızı k.e.d. Nizami Zeynalovun rəhbərliyi ilə “Metal nanohissəciklərin immobilizə olunması və stabilləşdirilməsi üçün polimer matrisaların sintezi” mövzusu  üzrə;

Seyidova Çiçək Mirməhəmməd qızı k.e.d. Nizami Zeynalovun rəhbərliyi ilə “Metil yodidlə kvarternizə olunmuş xitozan və doksisiklin əsasında alınmış biokompozitin tədqiqi”  mövzusu üzrə; 

“Neft-kimya proseslərinin riyazi modelləşdirilməsi” ixtisaslaşması üzrə

Əliyev Emin Fərid oğlu t.e.d. Aqil Səfərovun rəhbərliyi ilə “İzopropil spirtinin asetona oksidləşdirici dehid­rogenləşmə prosesi üçün reaktor qovşağının optimal layihə­ləndirilməsi”  mövzusu  üzrə; 

“Qeyri-üzvi  funksional  materiallar”, “Koordinasiya  birləşmələri”, “Koherent-sinxron­laşdırılmış oksidləsmə reaksiyaları”, “Oksidləşdiriciheterogen kataliz” və “Nano- və elektrokataliz” şöbələrinin iştirakı ilə keçiriləcək.

  

                                                                                                                  

JURNALLAR
Faydalı linklər