Elanlar
“1 Mart – Ümumdünya Mülki Müdafiə günü”
Fev 18, 2021 | 12:09
Oxunub 32 dəfə

Akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya

İnstitutunda “1 Mart – Ümumdünya Mülki Müdafiə günü”nə

 həsr olunmuş tədbirlərin keçirilməsi barədə”

 

Ümumdünya Mülki Müdafiə Təşkilatı Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il 1 mart tarixi bütün ölkələrdə “Ümumdünya Mülki Müdafə günü” kimi qeyd edilir.

Azərbaycan Respublikası 1993-cü ildə təşkilatın üzvlüyünə qəbul edilmişdir və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir. Ötən illər olduğu kimi bu il də “1 Mart Ümumdünya Mülki Müdafiə günü” müəssisə və təşkilatlarda keçiriləcəkdir.

İnstitutun 2021-ci il üçün Mülki Müdafiə tədbirləri planına müvafiq olaraq, İnstitutda 01 mart 2021-ci il tarixdə “1 Mart – Ümumdünya Mülki Müdafiə günü”nə həsr olunmuş tədbirlərin yüksək səviyyədə hazırlanması və keçirilməsi planlaşdırılmışdır.

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə dövlət orqanlarında və qurumlarında xüsusi iş (əmək) rejiminin tətbiq edilməsi ilə əlaqədar olaraq, marrt ayının 01-də keçiriləcək tədbirin karantin tələbləri nəzərə alınmaqla təşkil edilsin.

Tədbirə rəhbər heyət, MM qüvvələrinin şəxsi heyətləri və MM qüvvələrinə daxil olmayan işçilər cəlb olunsunlar.

Tədbir zamanı Koronavirus infeksiyasından mühafizə məqsədilə tədbirin müddəti qısaldılsın, Tədbir İştirakçıları öz laboratoriyaları və şöbələrində, sayı 10 nəfərdən çox olmayaraq toplanış keçirilsin. MM məşqindən öncə bütün dezinfeksiya tədbirləri həyata keçirilsin. Tədbir, iştirakçılar arasında ara məsafə qorunmaqla və qoruyucu maskalardan istifadə etməklə keçirilsin.

          01 mart 2021-ci il tarixdə “1 Mart – Ümumdünya Mülki Müdafiə günü”-Milli iqtisadiyyatı qorumaq üçün güclü Mülki Müdafiəmövzusunda məlu-matlar çatdırılsın, Mülki Müdafiənin rolunu və vəzifələrini təbliğ edən müxtəlif tədbirlər keçirilsin.

 

 

JURNALLAR
Faydalı linklər