Elanlar
Elan
Yan 28, 2020 | 13:44
Oxunub 1850 dəfə

30 yanvar 2020-ci il tarixində saat 19.00-da Fransanın Azərbaycandakı Səfirliyi və Fransız İnstitutunun, Azərbaycan Milli Elmlər Akademiyası və Fransız-Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə iqlim dəyişikliyi, artan təbii fəlakətlər (yanğınlar, quraqlıqlar, daşqınlar və s.), bunların Xəzər dənizinə təsiri – “Planet təhlükədədirmi?” – “Planet canlı varlıqdırmı?” mövzusunda İDEYALAR GECƏSİ keçiriləcəkdir. Tədbirdə Fransa Milli Kosmik Araşdırmaları mərkəzinin tədqiqatçısı Jan-Fransua Kretonun “Canlı planetdə baş verən iqlim dəyişikliyini anlamaq üçün müasir kosmik metodlar “, AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun “Xəzər dənizi - planetimizin unikal və relikt coğrafi obyekti” və AMEA Fəlsəfə İnstitutunun elmi işçisi Zaur Rəşidovun “Təsəvvüfdə kainat nizamının ezoterik təsviri” mövzusunda məruzələri dinləniləcəkdir. Müzakirələr Fransa Səfirliyinin birinci müşaviri Dominik Jantiy və AMEA Fəlsəfə İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadənin açılış nitqləri ilə başlayacaq. Giriş sərbəstdir. Ünvan: UFAZ (Fransız-Azərbaycan Universiteti, Nizami küçəsi 183) Landmark Hotel ilə üzbə-üz yerləşir.

JURNALLAR
Faydalı linklər