Elanlar
SOCAR-ın Elm Fondu 2019-cu il üçün qrant müsabiqəsinin nəticələrini elan edib
Sen 02, 2019 | 09:46
Oxunub 109 dəfə

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Elm Fondu AMEA-da neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual elmi və texnoloji  problemlərin tədqiqi ilə məşğul olan alimlərin və yaradıcı kollektivlərin fəaliyyətini dəstəkləmək, onlara əlavə yaradıcılıq imkanları yaratmaq, elmi və innovativ tədqiqat işlərini stimullaşdırmaq məqsədilə 2019-cu il üçün növbəti qrant müsabiqəsi elan edib.

Müsabiqəyə 113 layihə təqdim olunub. Təqdim olunan layihələrin ekspertizası məqsədilə yeni tərkibdə Müsabiqə Komissiyası yaradılıb və Elm Fondunun Əsasnaməsinə uyğun olaraq layihələrin ekspertizası təşkil edilib.

Müsabiqə Komissiyasının və ekspertlərin yekun rəyləri nəzərə alınaraq, SOCAR-ın Elm Fondunun İdarə Heyətinin 24 iyul 2019-cu il tarixli qərarı ilə 26 elmi tədqiqat (ET), 1 xüsusi (XL) və 3 həvəsləndirici mükafat (HM) olmaqla 30 qrant layihəsi müsabiqənin qalibi elan olunub.

Həmin layihələrin siyahısını təqdim edirik.

science.gov.az

JURNALLAR
Faydalı linklər