Elanlar
“İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” V respublika konfransı keçiriləcək
İyl 09, 2019 | 11:01
Oxunub 2095 dəfə

29 noyabr 2019-cu il tarixində AMEA-nın Rəyasət Heyəti və İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə "İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri" V respublika konfransı keçiriləcək. 

Konfrans müasir şəraitdə dövlət, özəl sektor və vətəndaş cəmiyyəti təşkilatları qarşısında vacib vəzifələr qoyduğunu nəzərə alaraq, fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi problemlərinə həsr olunur. Konfransın məqsədi fərdi məlumatların təhlükəsizliyinin multidissiplinar problemləri, cəmiyyətdə informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, fərdi məlumatların təhlükəsizliyinin etibarlı idarə edilməsi kimi məsələlərin araşdırılması və müzakirəsidir.

Tədbirdə "Fərdi məlumatlar sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi problemləri", "Fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi sahəsində beynəlxalq təcrübə", "İnformasiya cəmiyyəti şəraitində fərdi məlumatlar və insan hüquqları", "E-xidmətlərdə və e-kommersiyada fərdi məlumatların təhlükəsizliyi problemləri", "Big Data texnologiyalarında fərdi məlumatların təhlükəsizliyi problemləri", "Sosial şəbəkələrdə fərdi məlumatların təhlükəsizliyi problemləri" və s. mövzularda müzakirələr aparılacaq.

Konfransa təqdim olunan məqalələrin tərtibatına dair tələblər:

- Əvvəllər çap edilməmiş və konfransın elmi istiqamətlərinə uyğun aktual elmi-praktiki problemlərə dair məqalələr qəbul olunur;

- Məqalələrin həcmi 4 səhifədən (cədvəl, şəkil və ədəbiyyat daxil olmaqla) artıq olmamaq şərtilə, elektron şəkildə infosec@iit.science.az ünvanına təqdim edilməlidir;

- Məqalədə problemin aktuallığı, məsələnin qoyuluşu və həlli yolları, elmi yenilik və əldə olunmuş nəticələrin praktiki əhəmiyyəti əks olunmalıdır;

- Məqalənin formatı konfrans məqalələri üçün IEEE standartına uyğun olmalıdır. Məqaləyə ingilis dilində müəllif(lər)in soyad(lar)ı, məqalənin adı və məqalənin xülasəsi əlavə edilməlidir.

Konfrans məqalələri üçün IEEE şablonunu buradan yükləmək olar.

IEEE şablonunun Azərbaycan dilinə tərcüməsi.

Məqalələr 30 oktyabr 2019-cu il tarixinə qədər  təqdim edilməlidir. Məqalələrin qəbulu haqqında müəlliflərin məlumatlandırılmasının son günü 15 noyabr 2019-cu ildir. 

Ünvan: Bakı ş., B.Vahabzadə küç., 9A (İnformasiya Texnologiyaları İnstitutu).

Tel: (+994 12) 539-01-67, (+994 12) 510-42-53

Faks: (+994 12) 539-61-21

E-poçt:  infosec@iit.science.az

science.gov.az

JURNALLAR
Faydalı linklər