Elanlar
AMEA-nın əməkdaşı olan həqiqi və müxbir üzvlərinin diqqətinə!
İyl 08, 2019 | 12:12
Oxunub 58 dəfə

Bildiririk ki, Rəyasət Heyətinin 3 oktyabr 2018-ci il tarixli 14/3 nömrəli qərarına əsasən, AMEA-nın tam ştat vahidi ilə 5 (beş) ildən artıq əmək stajı olan əməkdaşlarına AMEA-nın “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin istifadəsində olan, Xızı rayonunun Yarımca kəndi yaxınlığında yerləşən torpaq sahəsindən müvəqqəti istifadə üçün 10 (on) sot sahə  ayrılması məsələlərinə baxılır.

Məlum olduğu kimi, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 14 dekabr 2018-ci il tarixli 17/5 nömrəli qərarı ilə “Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarına bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsinin ayrılması və həmin sahələrdən istifadə olunması Qaydaları” təsdiq edilib. Həmin Qaydalarda torpaq sahəsindən istifadə edilməsinə dair bütün suallara cavab tapmaq olar.

Qeyd edilənləri nəzərə alaraq, AMEA-da işləyən və torpaq sahəsi almaq istəyən akademiklərdən, eyni ilə də müxbir üzvlərdən xahiş olunur ki, bir həftə müddətində AMEA-nın İşlər idarəsinə müraciət etsinlər.

science.gov.az

JURNALLAR
Faydalı linklər