Elanlar
AMEA və Fransanın Monpelye Universiteti birgə doktorantura proqramı elan edir
İyn 20, 2019 | 11:33
Oxunub 174 dəfə

Azərbaycan Milli Elmlər Akademiyası və Fransanın Monpelye Universiteti arasında imzalanmış Əməkdaşlıq haqqında Çərçivə Sazişi əsasında birgə doktorantura proqramı elan olunur.

Namizədlər eyni zamanda həm AMEA, həm də Monpelye Universitetinin doktorantı kimi qeydiyyatdan keçiriləcək və hər iki təşkilatdan elmi rəhbərlə təmin ediləcək. Proqramın şərtlərinə görə, doktorantlar təhsil müddətinin 2 ilini Monpelye Universitetində və 1 ilini AMEA-da tamamladıqdan sonra həm Azərbaycan, həm də Fransa tərəfindən fəlsəfə doktoru diplomlarına layiq görüləcəklər.

Müraciətlər 24 iyun 2019-cu il tarixinə qədər AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsi tərəfindən qəbul edilir. Təqdim ediləcək sənədlər haqqında ətraflı məlumat və ərizə formaları üçün Beynəlxalq əlaqələr idarəsinə müraciət edilə bilər.

Müsabiqə üçün elan edilən mövzuların siyahısı:

- Development and application of bioinformatics tools for annotation of “dark” proteomes;

- Water confinement in single-wall carbon nanotubes: phase states and molecular dynamics.

Tel.: (+994 12) 492 34 46;

Email: esmira.alirzayeva@science.az

science.gov.az

JURNALLAR
Faydalı linklər