Elanlar
AMEA-nın magistraturasına 2019/2020-ci tədris ili üçün qəbul planı təsdiq edilib
May 24, 2019 | 14:14
Oxunub 205 dəfə

Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 2019/2020-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına 24 ixtisas, 88 ixtisaslaşma üzrə 138 plan yeri təsdiq edilib. Ayrılan plan yerlərindən 103-ü dövlət sifarişli, 35-i isə ödənişli əsaslarladır. Cari ildə ilk dəfə olaraq AMEA-nın magistraturasına ödənişli əsaslarla tələbə qəbulu həyata keçiriləcək.

Bu ildən etibarən AMEA-nın magistraturasına qəbul zamanı ixtisaslaşma seçimindən əvvəl keçirilən müsahibə mərhələsi ləğv olunub. AMEA-nın magistraturasına qəbul olmaq istəyən bakalavrlar ümumi qaydada Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən magistraturaya qəbul imtahanının hər iki mərhələsində müsabiqə şərtlərini ödədiyi halda AMEA-nın magistraturasına ayrılan plan yerlərində (əlavə olunur) göstərilən ixtisası seçmək imkanı əldə edəcəklər.

science.gov.az

JURNALLAR
Faydalı linklər