Apr 25, 2019 | 10:01
D.Mendeleyevin Dövri cədvəlinin yaradılmasının 150 illik yubileyi ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti “Gənc kimyaçılar elmdə” respublika müsabiqəsi elan edir.
AMEA-nın həqiqi və müxbir üzvləri, habelə Azərbaycan Respublikasının elmi və ali təhsil müəssisələrinin elmi şuraları tərəfindən irəli sürülən və yaşı 35-dək olan gənc kimyaçılar müsabiqədə iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər 25 may 2019-cu il tarixinədək AMEA-nın Kimya Elmləri Bölməsinə təqdim edilməlidir:
- AMEA prezidentinin adına ərizə;
- Namizədin irəli sürülməsi haqqında təqdimat (təqdimatda namizəd və onun elmi nailiyyətləri haqqında ətraflı məlumat) və ya Elmi Şuranın protokolundan çıxarış;
- elmi əsərlərin təsdiq olunmuş siyahısı;
- elmi tədbirlərdə, müsabiqələrdə və s. iştirakla bağlı sənədlərin surəti;
- şəxsi məlumatlar (CV).
Qaliblərin mükafatlandırılması onların hər birinə müvafiq diplom verilməklə aşağıdakı qaydada aparılacaq:
- I yer – 1000 manat;
- II yer – 700 manat;
- III yer – 500 manat.
Ünvan: Bakı ş., İstiqlaliyyət küç., 30, ( 403-cü otaq, AMEA-nın Kimya Elmləri Bölməsi).
Tel.: (+994 12) 492 15 56;
E-mail: keb-chemistry@rambler.ru