Elanlar
“Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasının təşviqi” layihəsi çərçivəsində seminar keçiriləcəkdir
Fev 14, 2019 | 09:48
Oxunub 2224 dəfə

18 fevral 2019-cu il tarixində saat 10:00-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxananın (Hüseyn Cavid prospekti 129, 4-cü mərtəbə) AMEA Yüksək Texnologiyalar Parkı (YTP) və Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) tərəfindən həyata keçirilən “Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasının təşviqi” layihəsi çərçivəsində seminar keçiriləcəkdir.  Seminarda AMEA YTP, STEPI, Koreyanın Hoseo və Honbat Universitetlərin  mütəxəssisləri tərəfindən Azərbaycanda texnologiya transferi ekosisteminin hazırki statusunun qiymətləndirilməsi, bu sahədə fəaliyyət göstərən təşkilatlarla əməkdaşlığın müzakirəsi, eləcə də texnologiya transferi və elmin kommersiyalaşdırlması sahəsində Koreya təcrübəsinə dair təqdimatlar (Azərbaycan dilinə tərcümə ilə) nəzərdə tutulur. Əlaqədar şəxslərin iştirakı arzuolunandır.

JURNALLAR
Faydalı linklər