Новости
“Elmin populyarlaşmasında KİV-in rolu”
Дек 26, 2018 | 10:55 / Конференции, собрания
Прочитано 3647 раз (-а)

25 dekabr 2018-ci il tarixdə AMEA Rəyasət Heyəti aparatı Mətbuat və İnformasiya idarəsi tərəfindən “Elmin populyarlaşmasında KİV-in rolu” tədbirində səsləndirilən təklif və iradların müzakirəsinə dair “dəyirmi masa” keçirilmişdir. Tədbirdə M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunu İctimaiyyətlə əlaqələr işi üzrə məsul əməkdaş qismində M.H.Həmidova təmsil etmişdir. Tədbiri giriş sözü ilə AMEA RH Mətbuat və İnformasiya İdarəsi rəhbərinin müavini Ülviyyə Rzayeva açmış, İctimaiyyətlə əlaqələr şöbələrinin qarşısında duran məqsəd və vəzifələrdən danışmış, şöbələrin işindən nə tələb olunduğunu əməkdaşların nəzərinə çatdırmış, tövsiyələrini vermişdir. Daha sonra AMEA institut və təşkilatlarının məsul əməkdaşları ictimaiyyətlə əlaqə işinin daha effektiv təşkili üçün öz təkliflərini irəli sürmüş və bu təkliflər dəyirmi masa arxasında oturanlar tərəfindən müzakirə edilmişdir. Sonda Ü.Rzayeva mövcud problemlərin həlli yolunda belə görüşlərin mütəmadi olaraq keçiriləcəyini qeyd etmişdir.