Новости
Фото
Elmlər və fəlsəfə doktorluğu hazırlığı üzrə iddiaçıların sənədləri müzakirə edildi
Дек 25, 2018 | 16:00 / Конференции, собрания
Прочитано 5772 раз (-а)

AMEA akad.M.Nağıyev ad. Kataliz və Qeyri –Üzvi Kimya İnstitutunda 2019-cu il (2018-ci ilin qəbul planına əsasən) üzrə doktorantura və dissertantura qəbulu üçün 10.12.18-ci il tarixində İnstitut rəhbərliyinin əmri ilə yaradılan  komissiyanın iclası keçirilmişdir.

İclası AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev açaraq bildirdi ki, doktorant və dissertantlara verilən mövzular perspektivli sahələri əhatə etməlidir. Akademik qeyd etdi ki, mövzular seçilərkən fundamental tədqiqatlarla yanaşı əsas güc innovasiya və tətbiqi xarakterli məsələlərin həllinə yönəldilməlidir. İclasda çıxış edən akademik Əjdər Məcidov, AMEA-nın müxbir üzvləri Məhəmməd Babanlı və Qüdrət Kəlbəliyev, professor Akif Əliyev və başqaları öz təklif və tövsiyələrini verdilər.

Sonra komissiya fəlsəfə doktoru hazırlığı üzrə İnstitutun doktoranturasına sənədlərini təqdim etmiş şəxslərin ixtisas uyğunluğunu müəyyənləşdirərək qərara gəldi ki, həmin şəxslər qəbul imtahanına buraxılsınlar.

Daha sonra elmlər doktorluğu və fəlsəfə doktorluğu hazırlığı üzrə İnstitutun dissertanturasına qəbul olmaq istəyənlərin iş planları və təqdim olunan sənədləri yoxlanıldı. Qərara alındı ki, həmin şəxslər Elmi Şurada dissertasiya mövzusu və iş planı üzrə çıxış etsinlər.

Qeyd edək ki, bu il İnstitutun elmlər doktorluğu və fəlsəfə doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturasına 5 ixtisas üzrə 16 yer ayrılmış və 16 nəfər sənədlərini təqdim etmişdir.