Новости
Фото
Hesabatların dinlənilməsinə başlanıldı
Ноя 05, 2018 | 13:34 / Конференции, собрания
Прочитано 305 раз (-а)

Bu gün Elmi Şurada İnstitutun şöbə və laboratoriyalar üzrə elmi və elmi - təşkilati hesabatların dinlənilməsi başlanıldı. İclası AMEA-nın vitse-prezidenti, İnstitutun direktoru, akademik Dilqəm Tağıyev açaraq  bildirdi ki, bu gün “Mineral xammalın kompleks emalı” və “Qeyri-üzvi funksional materiallar” şöbələrinin hesabatları dinləniləcək. Sonra, qeyd olunan şöbələr üzrə “Qeyri-filiz mineral xammalının emalı”, “Dəmir və titan tərkibli filiz xammalının emalı”, “Əlvan metal tərkibli mineral xammalın emalı”, “Analitik kimya“, “Kompozisiya örtük materialları və korroziyadan mühafizə”, “Keçid elementlərinin xalkogenidləri”, “Funksional materialların komponentlərinin sintezi”, “Funksional qeyri-üzvi maddələrin termodinamikası” laboratoriyalarının 2018-ci il üzrə apardıqları elmi-tədqiqat işləri, əldə olunan nəticələr, çap olunan məqalə və tezislər haqqında laboratoriya rəhbərlərinin məruzələri dinlənildi. Məruzələr ətrafında geniş müzakirələr aparıldı. Akademik Dilqəm Tağıyev hesabatlar barəsində və gələcəkdə görüləcək işlər haqqında tövsiyələrini və təkliflərini verdi. Akademik bildirdi ki, gələcəkdə aparılacaq tətbiqi xarakterli elmi-tədqiqat işləri respublikamızın iqtisadiyyatına uyğunlaşdırılmalıdır. Sonda, hesabatların qəbul olunması haqqında qərar qəbul edildi.