Новости
Mario Molina
Мая 18, 2018 | 11:31 / Интересная информация
Прочитано 4028 раз (-а)

Mario Molina 1943-cü ilin martın 19-da Meksikada, Mexiko şəhərində anadan olmuşdur. Məşhur meksika kimyaçısıdır. O, ozon dəliklərinin tədqiqatları üzrə məşhur alimlərdən biridir. Atmosferin ozon təbəqəsinin azalmasında qaz halında alkil halogenidlərin rolu üzrə işlərinə görə Şervurd Rouland və Paul Krutsen ilə birlikdə Nobel mükafatına layiq görülmüşdür.

O, Meksikada olan yeganə Nobel mükafatı laureatıdır.

Mario Molina 1965-ci ildə Mexiko Milli avtonom universitetinin bakalavr pilləsini kimya mühəndisi ixtisası üzrə bitirmişdir. Sonra 1967-ci ilə qədər Frayburqda Frayburq universitetində oxuyur, 1972-ci ildə isə ABŞ-da Berklidə Kaliforniya universitetində kimya üzrə dissertasiya müdafiə edir. İrvaynda Kaliforniya universitetində işləyərək Molina və Şervud Rouland göstərmişdilər ki, stratosferdə ozon təbəqəsinə alkil halogenidlər təhlükəli təsir edirlər. 2004-cü ildən Molina San-Dieqoda Kalifornuya universitetində işləyir.