Новости
Фото
2 may 2018-ci ildə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Clarivate Analytics (Thomson Reuters) tərəfindən AMEA-nın elmi müəssisələrinin əməkdaşları üçün seminar keçirildi
Мая 02, 2018 | 13:19 / Конференции, собрания
Прочитано 6307 раз (-а)

Seminarı AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyev açdı. Yüksək impakt faktorlu nəşrlərin etibarlı bazası olan "Web of Science" - məlumat bazasının əhəmiyyətindən danışan Dilqəm Tağıyev bu seminarın əməkdaşlar üçün çox vacib olduğunu qeyd etdi. Sonra, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev və Clarivate Analytics-in Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə çıxış etdilər. Sonda Biopolymer and Cell jurnalının redaksiya heyətinin rəhbəri, Ukrayna Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Genetika İnstitutunun baş elmi işçisi Irina Tixonkova yırtıcı jurnallar və onlarla mübarizə üsulları, jurnalların seçilməsi və qiymətləndirilməsi üzrə praktik tövsiyyələr, nəşriyyat xərcləri, əlyazmanın tərtibatı, tədqiqat və nəşr dövriyyəsinin əsas mərhələləri, müəllifin, rəyçinin və redaktorun hər bir mərhələdə rolu, elmi jurnalların əsas elmi və texniki göstəricilərinin təsnifatı və digər məsələlər haqqında məruzə etdi. Seminarda institutumuzun 10 nəfər əməkdaşı iştirak edib. Seminar sabah öz işini davam etdirəcək.