Новости
Corc Olah
Апр 16, 2018 | 11:07 / Интересная информация
Прочитано 4357 раз (-а)

Corc Olah 1927-ci ildə Macarıstanın paytaxtı Budapeştdə anadan olub. Olah Budapeşt Texniki Universitetini bitirib və orada da doktorluq dərəcəsi alıb.

O, öz elmi karyerasına macar kimyaçısı Qeza Zempelin yanında başlayıb. 1950-ci illərin əvvəllərində Olah Budapeşt Texniki Universitetinin Üzvi kimya İnstitutunda tədqiqat qrupu yaratmışdır və eyni zamanda 1954-cü ildə Macarıstan Elmlər Akademiyasının Mərkəzi Elmi-Tədqiqat Kimya İnstitutunun yaradıcılarından biri olmuşdur.

1957-ci ildə Kanadaya köçmüş və 1965-ci ilə qədər “Dou Kemikal” şirkətində Kanadada və ABŞ-da işləmişdir və bundan sonra ali təhsil sisteminə qayıtmışdır. Onun rəhbərliyi altında Qərb Ehtiyat Universitetinin (Westem Reserve University) və Ohayo ştatında Klivlenddə Keys Texnaloji İnstitutunun kimya fakultələri birləşdirilmişdir. 1977-ci ildə Cənubi Kaliforniya Universitetinə keçmiş, burada sonralar Loker adına Karbohidrogenlər İnstitutu adını almış institut yaratmışdır.

1976-cı ildən ABŞ-ın Milli Elmlər Akademiyasının, 1990-cı ildən Macarıstan Elmlər Akademiyasının üzvüdür. ABŞ-ın ən görkəmli alimləri üçün verilən Aleksandr fon Qumboldt adına mükafatı (1979-cu ildə), 1996-cı ildə F.A. Kotton medalını, digər çoxlu təltifləri almışdır.

1996-cı ildən Cənubi Kaliforniya Universitetində onun adı ilə bağlı mühazirələr sikli oxunur.

1994-cü ildə “Karbokation kimyasına xidmətlərə görə” Nobel mükafatına layiq görülmüşdür.

İştvan Xarqittai 1996-cı ilin fevralın 20-də yuxarıda qeyd olunan mühazirələr siklinin ilk mühazirəsini oxumuş və Olahdan müsahibə almışdır.