Новости
Təşkilat komitəsinin iclası keçirildi
Ноя 13, 2017 | 16:05 / Конференции, собрания
Прочитано 4385 раз (-а)

Bu gün institutda görkəmli kristalloqrafik, AMEA-nın müxbir üzvü Xudu Məmmədovun anadan olmasının 90 illiyinə həsr olunmuş Beynəlxalq konfransın təşkilat komitəsinin iclası keçirilmişdir. İclası açıq elan edən AMEA-nın vitse-prezidenti, İnstitutun direktoru akademik Dilqəm Tağıyev bildirdi ki, konfrans nəzərdə tutulmuş vaxtda, noyabrın 21-də keçiriləcək və hazırlıq işləri vaxtında yerinə yetirilib. Sonra təşkilat komitəsinin üzvləri öz təkliflərini verib və görüləcək işlər müzakirə edilib. Sonda akademik Dilqəm Tağıyev təşkilat komitəsinə öz tövsiyə və tapşırıqlarını verib.