Новости
Знаете ли Вы?
Сен 13, 2017 | 12:00 / Интересная информация
Прочитано 4639 раз (-а)

Qələvi torpaq metallarından radium ən axırda kəşf edilmişdir, hələ D.İ.Mendeleyev onun üçün dövri sistemdə əvvəlcədən boş xana saxlamışdı. Radium 1898-ci ildə uran filizində tapıldı. Pyer və Mariya Kürilər bu mineralı tədqiq edərkən bəzi filiz nümunələrinin radioaktivliyinin onlardakı uranın miqdarına görə gözləniləndən böyük olduğunu müəyyən etdilər. Onlar belə nəticəyə gəldilər ki, uran filizinin tərkibində radioaktivliyi uranınkından yüksək olan yeni element vardır. Tezliklə onlar bu birləşməni ayıra bildilər. Radioaktiv parçalandığına görə elementi radium adlandırdılar. Kürilər təqribən bir ton uran filizini işləyərək, 0,1 q-a yaxın radium duzu aldılar. Radium metalı isə 1910-cu ildə civə katodundan istifadə etməklə radium – xlorid məhlulunun elektrolizindən alındı.
Radium gümüşü – ağ rəngli ağır, çətinəriyən metaldır (6,5x10-4 atm təzyiqə tər=0,63C0). Digər qələvi – torpaq metallar kimi o da sərbəst halda yüksək kimyəvi aktivliyə malikdir, su ilə şiddətli reaksiyaya daxil olaraq hidrogen ayırır: Ra+2H2O=Ra(OH)2+H2. Bu zaman əmələ gələn radium – hidroksid qüvvətli əsasdır, suda yaxşı həll olur. Ona natrium – sulfat məhlulu ilə təsir etdikdə turşularda həll olmayan ağ rəngli radium – sulfat çöküntüsü əmələ gəlir: Ra(OH)2+Na2SO4=RaSO4+2NaOH.
Təbiətdə radium 238U-in radioaktiv parçalanmasından əmələ gəlir. Ona görə də təəcüblü deyil ki, onu uran filizlərindən əldə edirlər. 236Ra izotopunun yarımparçalanma periodu 1600 ildir. Bu zaman radioaktiv radon qazı əmələ gəlir.