Новости
Фото
İnstitutun əməkdaşı Şamo Tapdıqov Almaniyanın Hamburq şəhərində elmi ezamiyyətdə olmuşdur
Сен 13, 2017 | 11:00 / Важные события
Прочитано 8527 раз (-а)

AMEA akad.M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi, k.ü.f.d., dos. Şamo Tapdıqov AR Prezidenti Yanında EİF-nun qalibi olmuş, EİF-KETPL-2-2015-1(25)-56/22/4 qrant layihəsi çərçivəsində 10 gün müddətinə (01.09.17-10.09.17) Almaniyanın Hamburq şəhərinə ezam olunmuşdur. Səfər zamanı o, Hamburq Universitetinin Texniki və Makromolekulyar Kimyası İnstitutunun direktoru professor Patrick Theato ile görüşmüşdür. Həmçinin, Patrick Theatonun rəhbərlik etdiyi departamentdə aparılan elmi-tədqiqat işləri ilə tanış olmuş, laborator eksperimentlərini yaxından izləmişdir.  Ş.Tapdıqov layihə əsasında aparılacaq tədqiqat işləri - dərman maddələrinin uzun müddət ünvanlı çatdırılması üçün sintez olunan polimer gellərin reoloji, gel-məhlul keçidləri, yüksək görüntülü NMR, Raman spektrometriyası, termal görüntüləmə, reaksiyanın kalorimetriyası, səth zeta potensialı, gel nanoassambleyalarının ölçülərinin təyini və s. kimi analiz üsullarının aparılma metodları ilə tanış olmuş və alınacaq nəticələrin birgə təhlil edilməsinin mümkünlüyünü müzakirə etmişdir. Bundan başqa ezamiyyət müddətində Şamo Tapdıqovun Almaniyanın Alexander vonHumboldt Fonduna post-doktoral tədqiqatlar üçün 2 ili əhatə edəcək layihə hazırlanmış və online təsdiq olunmuşdur.