Мар 15, 2017 | 12:58 / Публикации
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında AMEA Mərkəzi Elmi Kitabxanasının və Litva Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə Alqimantas Liyekisin litva və rus dillərində çap olunmuş “Millətlərin Qafqazda köçü 20 əsr” və Qintaras Visotskasın litva dilində işıq üzü görmüş “Qara Bağın Faciəsi” kitablarının təqdimatı keçirilmişdir. Tədbiri giriş sözü ilə açan AMEA-nın İctimai Elmlər Bölməsinin akademik katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova təqdimatı keçirilən kitabların əhəmiyyətindən, Litva və Azərbaycan əlaqələrindən danışdı.Sonra kitabların müəllifləri, Azərbaycan-Litva parlamentlər arası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Nəbizadə və AMEA-dan olan alimlər çıxış etdilər. Daha sonra Mərkəzi Elmi Kitabxananın “Akademiklərin zalında” diplomatik nümayəndəliklər üçün yaradılmış güşəyə baxış keçirildi.