Новости
ФотоВидео
İnformasiya Texnologiyaları İnstitutunda respublika elmi-praktiki seminarı keçirilmişdir
Янв 31, 2017 | 12:50 / Конференции, собрания
Прочитано 7668 раз (-а)

Yanvarın 31-də AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda “AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” mövzusu üzrə respublika elmi-praktiki seminarı keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev seminarın “Azərbaycan 2020: gələcəyə baxış: İnkişaf Konsepsiyası” və “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”dan irəli gələn vəzifələrin yerinə yetirilməsinə xidmət etdiyini bildirdi. Qeyd etdi ki, həmin konsepsiya və strategiyanın tədbirlər planında da AzScienceNet EKŞ-nın imkanlarının genişləndirilməsi məsələləri öz əksini tapmışdır.

AzScienceNet-in texniki imkanlarının genişləndirilməsi istiqamətində görülmüş işlər nəticəsində hazırda AMEA-nın elmi müəssisə və təşkilatlarına məxsus 6500-ə yaxın kompüter avadanlığının AzScienceNet şəbəkəsinə qoşulduğunu bildirən R.Əliquliyev şəbəkəyə qoşulanların 97 faizinin genişzolaqlı İnternetdən istifadə etdiyini vurğuladı.

Akademik qeyd etdi ki, 18 oktyabr 2016-cı il tarixdə şəbəkənin xidmətlərinin sayının artırılmasına dəstək məqsədilə 26 elmi müəssisə və təşkilatı əhatə edən Akademiya Şəhərciyində 4000-ə yaxın əməkdaşa genişzolaqlı İnternet xidməti göstərən, müasir telekommunikasiya avadanlıqları və proqram təminatları ilə təchiz olunmuş AzScienceNet-in yeni İnternet Xidmətləri Mərkəzi istifadəyə verilmişdir.

Akademik R.Əliquliyev ölkədə elm və təhsil sahələrinin inteqrasiyasında AzScienceNet-in böyük imkanlara malik olduğunu bildirərək AMEA və Təhsil Nazirliyi arasında bu istiqamətdə işgüzar əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd etdi. Alimin sözlərinə görə, AMEA-nın elmi tədqiqat müəssisələri ilə yanaşı, ölkənin təhsil müəssisələri də AzScienceNet və Data Mərkəzin xidmətlərindən yararlana bilərlər.

Sonra İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov “AzScienceNet şəbəkəsinin infrastrukturu və xidmətləri”, həmin institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev “AzScienceNet şəbəkəsində informasiya təhlükəsizliyi üzrə beynəlxalq standartların tətbiqi məsələləri”, İnstitutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev “AzScienceNet şəbəkəsinin istifadə siyasətinin formalaşması məsələləri” İnstitutun şöbə müdiri Təhmasib Fətəliyev “AzScienceNet şəbəkəsinin elektron elmin formalaşmasında rolu və perspektivləri”, İnstitutun sektor müdiri Kəmalə Haşımova “Data Mərkəz platformasında “Multimedia Qalereyası” informasiya sistemi: məqsədlər və vəzifələr” mövzularında məruzə ilə çıxış etdilər.

Tədbirdə, həmçinin Data Mərkəzin administratoru Tural Mustafayev “AzScienceNet şəbəkəsinin Cloud və Eduroam xidmətləri haqqında”, institutun sektor müdiri Babək Nəbiyev “AzScienceNet şəbəkəsində monitorinq və təhlükəsizlik xidmətlərinin imkanları”, AzScienceNet-in sistem administratoru Səməd Dursunov “AzScienceNet şəbəkəsinin e-mail sistemi: problemlər və həllər” mövzusunda məruzələrlə çıxış edərək AMEA əməkdaşlarına təqdim olunan Cloud və Eduroam xidmətlərinin üstünlükləri, AMEA əməkdaşlarının İnternet resurslarından istifadəsinin monitorinqi və təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş informasiya təhlükəsizliyinin monitorinqi sistemi və AMEA Rəyasət Heyəti, AMEA-nın elmi bölmələri, elmi müəssisə və təşkilatları, o cümlədən AMEA-nın institut və təşkilatları üçün rəsmi e-poçt ünvanları haqqında ətraflı məlumat verdilər.

Tədbirdə seminar iştirakçılarına, o cümlədən, institutumuzun əməkdaşlarına (Qulu-zadə Esmira, İsmayılova Arzu, Babaxanova Nailə) sertifikat təqdim olunmuşdur.