News
Photo
Hesabatların dinlənilməsi davam edir
Nov 06, 2018 | 13:00 / Conferences, assemblies
Read 5993 time (-s)

Bu gün Elmi Şurada İnstitutun şöbə və laboratoriyaları üzrə elmi və elmi - təşkilati hesabatların dinlənilməsi davam edib. AMEA- nın vitse-prezidenti, İnstitutun direktoru, akademik Dilqəm Tağıyev iclas iştirakçılarını gündəliklə tanış edərək bildirdi ki, bu gün akademik Əjdər Məcidovun rəhbərlik etdiyi “Koordinasiya birləşmələri” və akademik Tofiq Nağıyevin rəhbərlik etdiyi “Koherent-sinxronlaşdırılmış oksidləşmə reaksiyalari” şöbələrinin hesabatları dinləniləcək. Daha sonra qeyd olunan  şöbələr  üzrə  laboratoriyaların 2018- ci il üzrə apardıqları elmi-tədqiqat işləri, əldə olunan nəticələr, çap olunan elmi məqalələr haqqında laboratoriya rəhbərlərinin məruzələri dinlənildi. Məruzələr ətrafında müzakirələr aparıldı. Akademik Dilqəm Tağıyev hesabatlar barəsində və görüləcək işlər haqqında tövsiyələrini və təkliflərini verərək bildirdi ki, növbəti illərdə iş planları hazırlanarkən innovativ xarakterli elmi-tədqiqat işlərinə üstünlük verilməlidir. Sonda  hesabatların qəbul olunması haqqında qərar verildi.

JOURNALS
Useful links