News
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının “Kimyada informasiya texnologiyalarının tətbiqi” adlı kitabı işıq üzü gördü
Nov 02, 2018 | 09:46 / Publications
Read 5335 time (-s)

Kitab müasir informasiya texnologiyalarının kimyəvi tədqiqatlarda, kimyanın tədrisində və kimya sənayesində tətbiqinə həsr olunmuşdur. Kimyəvi maddələrin alınma üsulları, quruluşu, fiziki-kimyəvi, o cümlədən termodinamiki xassələrinin İnternetdə olan məlumat bazalarından istifadə üsulları izah edilir. Kimyəvi maddələrin molekulyar strukturlarının kompüter generasiyası və vizuallaşdırılması üçün proqram vasitələri, kimyəvi quruluş və reaksiyalar üçün ekspert sistemləri təqdim edilir. Kitabda həmçinin kimyanın müasir biznes strategiyası – səmərəli istismar məqsədilə kimyəvi proseslərin və sistemlərin modelləşdirilməsi, istehsal əməliyyatlarının aparılması, geniş biznes ittifaqları və bazar alyanslarının yaradılması üsulları haqqında məlumat verilir. Kitab elmi işçilər, doktorant, magistr və tələbələr üçün nəzərdə tutulmuşdur.

Dilqəm Tağıyev, Manaf Manafov, Asif Məmmədov. “Kimyada informasiya texnologiyalarının tətbiqi” Bakı, “Elm”, 358s., 2018

JOURNALS
Useful links