News
MDU-nin kimyaçıları saxta şirələrin müəyyənləşdirilməsi metodunu işləyib hazırlayıblar
Oct 17, 2018 | 11:05 / Interesting information
Read 3718 time (-s)

Rusiya Elmlər Akademiyasının müxbir üzvü O.A.Şpiqunun rəhbərliyi altında analitik kimya kafedrasının əməkdaşları tərəfindən ion xromatoqrafiyası üçün yeni selektiv anion dəyişdirici sorbent sintez edilmişdir. Yeni sorbent ilk dəfə olaraq digər metodlardan istifadə etmədən bir analiz ilə şirələrdə olan tam bir sinif üzvi turşuları və qeyri-üzvi anionları təyin etməyə imkan verdi. Alınmış sorbent təkçə qeyri-üzvi anionları deyil, eyni zamanda qida məhsullarında və içkilərdə olan üzvi turşuları təyin etməyə imkan verir.

Tədqiqatçı qeyd edir ki, işin əsas məqsədi şirənin analizi deyil, dünyada bölgü əmsalı üzrə analoqu olmayan yeni sorbentin təqdim edilməsidir.

İşin nəticələri “Journal of Chromatography A” da dərc olunub.

JOURNALS
Useful links