News
"Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" təqdim olunub
Jun 08, 2018 | 14:03 / Important events
Read 4223 time (-s)

Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı"nın təqdimetmə mərasimi keçirilib.

Tədbirdə bildirilib ki, ölkə Prezidenti İlham Əliyevin 27 iyun 2014-cü il tarixli Fərmanına əsasən sözügedən medalla təltif etmək səlahiyyəti Akademiyaya verilib. Müsabiqədə iştirak etmək üçün adları irəli sürülmüş alimlər haqqında təqdimatların müvafiq sənədlərlə birlikdə Ekspert Komissiyasına təqdim edildiyi vurğulanıb. Nəzərə çatdırılıb ki, Qızıl medala namizədlər seçilərək onlar haqqında müvafiq rəylər Rəyasət Heyətinə təqdim olunub. Rəyasət Heyəti 5 aprel tarixli iclasında müsabiqənin nəticələrini nəzərə alaraq alimlərin medala layiq görülməsi barədə qərar qəbul edib.

Beləliklə, dəniz neft və qaz-kondensat yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsinin aktual problemlərinə həsr edilmiş fundamental elmi tədqiqatlarına, Xəzər dənizində neft və qaz yataqlarının kəşf olunması və Azərbaycanda neft sənayesinin inkişafındakı böyük xidmətlərinə görə AMEA-nın həqiqi üzvü Xoşbəxt Yusifzadə və müasir plazma fizikasının yaradılmasına verdiyi fundamental elmi töhfələrinə, beynəlxalq kooperasiyalı kosmik texnologiyaların əldə etdiyi yüksək elmi nəticələrinə və Azərbaycanda kosmik texnologiyaların inkişafındakı böyük xidmətlərinə görə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Roald Saqdeyev "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" ilə təltif ediliblər.

JOURNALS
Useful links