News
Volfram oksidindən bakteriyalar heyvan hüceyrələrindən daha əvvəl ölürlər
Apr 02, 2018 | 12:08 / Interesting information
Read 4558 time (-s)

Nanohissəcikləri müxtəlif maddələrdən alırlar. Məsələn: son illərdə fotokatalitik xüsusiyyətləri ilə özünə daha çox diqqət cəlb edən volfram oksidi işığın təsiri altında, sərbəst radikallar yaradır. Onlar isə, öz növbəsində müxtəlif başqa reaksiyaların getməsinə təsir edə bilirlər.

Volfram oksidinin antimikrob xassəsi işıqda o mikrobları öldürən, çox aktiv oksidləşdirici molekul olan oksigenin aktiv formasının əmələ gəlməsini sürətləndirilməsi ilə izah olunur. Hazırda ondan çirkab sularının zərərsizləşdirilməsində və onun təmizlənməsində istifadə olunur.

Digər tərəfdən, volfram oksidi sağlam hüceyrələrə də təhlükəli ola bilir. Ona görə də, volfram nanohissəciklərini insan üçün təhlükəsiz etmək məqsədilə  əlavə tədqiqatlar aparılması zəruridir.

JOURNALS
Useful links