News
Photo
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri 2 fevral – Gənclər Günü ilə əlaqədar hərbi hospitalda əsgərlərimizi ziyarət ediblər
Feb 02, 2018 | 10:35 / Meetings
Read 7401 time (-s)

Bu gün AMEA Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri 2 fevral – Gənclər Günü ilə əlaqədar hərbi hospitalda əsgərlərimizi ziyarət ediblər. Səmimi mühitdə keçən görüşdə gənclərimiz ordumuzun son zamanlar düşmən üzərindəki əldə etdikləri hərbi və psixoloji üstünlüklər haqqında məlumatlar almışlar.

Ali Baş komandan cənab İlham Əliyevin qətiyyətli siyasi və dəyişməz mövqeyindən ruhlanan əsgərlərimizin hər an döyüşmək, düşmənlə üz-üzə mübarizə aparmaq əzmində olması gənclərimizin ölkə başçısının siyasi strategiyasına və ordumuza olan inamını daha da yüksəltmişdir. Elmi intellektual cəmiyyətin üzvlərilə görüşlərindən xeyli məmnun olan əsgər və zabitlər gənclərimizlə xatirə şəkilləri çəkdirmişlər.

AMEA Gənc Alim və Mütəxəssislər Şurası ilk dəfə Ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycanda təməli qoyulan və daha sonra qlobal miqyasda bərqərar olunan 2 fevral – Gənclər Günündə cənab prezidentimiz İlham Əliyevin bütöv və müstəqil Azərbaycan uğrunda yürütdüyü siyasəti, həmçinin düşmən qarşısında canları ilə keçilməz sədd yaradan, vətən uğrunda böyük cəsarət və şücayətlə vuruşan qəhraman və igid əsgərlərimizi dəstəkləməyə çağırır.

JOURNALS
Useful links