News
AMEA-da Gənc Alimlər və Mütəxəssislər Şurasının elmi bölmələri üzrə hesabatlar dinlənilib
Dec 07, 2017 | 11:00 / Conferences, assemblies
Read 4780 time (-s)

Dünən AMEA-da Gənc Alimlər və Mütəxəssislər Şurasının elmi bölmələrinin cari ilin yekunlarına həsr olunmuş yığıncağı keçirilib. Giriş sözünü şuranın sədri fizika üzrə fəlsəfə elmləri doktoru Famil Salmanov açaraq şuranin iştirakçılarını iclasın gündəliyi ilə tanış edib, 15 dekabrda keçiriləcək Azərbaycan gənc alimlərinin І qurultayına hazırlıqla bağlı idarə heyətini məlumatlandırıb. Şurada ictimai, biologiya, tibb, Gəncə bölmələrinin hesabat məruzələri dinlənilib. İclasda institutlar üzrə elmi və ictimai fəaliyyət üzrə mühüm işlər görüldüyü vurgulanıb. Şuranın sədri son illər mühüm layihələrin həyata keçdiyini deyib. Şuranın biologiya və tibb elmləri üzrə katibi biologiya üzrə fəlsəfə doktoru Ulduza Mehralıyeva, ictimai bölmənin katibi tarix üzrə fəlsəfə doktoru,dosent Bəxtiyar Cəlilov, Gəncə bölməsinin katibi Elnur Həsənov hesabat məruzələri ilə çıxış ediblər. Eləcə də digər bölmə katibləri il ərzində elmin təbliği, marifləndirilmə,seminarlar, məktəblilərin ekskursiyası, açıq qapı günləri, gənc mütəxəssislərin xarici ölkələrdə keçdiyi təcrübələr, qazandığı nailiyyətlər haqqda danışıblar. Şurada iştirak edənlər öz təklif və iradlarını bildiriblər. İclasda institutumuzun Gənc Alimlər Şurasının sədri Faiq Məmmədov iştirak etmişdir.

JOURNALS
Useful links