News
Aleksander Todd
Dec 06, 2017 | 10:43 / Interesting information
Read 4361 time (-s)

1952-1964-cü illərdə Böyük Britaniyanın Hökümət Məsləhət şurasının sədri olmuşdur.

Əsas elmi işləri nukleotidlərin kimyasına, nukleotid koenzimlərə və nuklein turşularına aiddir.

1939-1941-ci illərdə ribozanın furan formasını və qlikozid mərkəzinin β-konfiqurasiyasını müəyyən etmişdir. 1941-1944-cü illərdə ribonukleozidlərin  hamısını və dezoksiuridini sintez etmişdir. 1947-ci ildə nukleotidadenil turşusunu sintez etmiş, onun fosforilləşməsini həyata keçirmiş, adenozindi və adenozintrifosfatlar almışdır. X.Q. Koran ilə birlikdə 1953-cü ildə disikloheksil-karbodiimidi pirofosfatların sintezində istifadə etmişdir. 1953-cü ildə ingilis kimyaçısı D. M. Braun ilə birlikdə ribonuklein turşularının əsas sxemini təklif etmişdir. 1955-ci ildə 2/, 2- tsiklofosfatların quruluşunu müəyyən etmiş, 3/, 5- nukleotidlər arası əlaqəyə malik dinukleotidin sintezini həyata keçirmişdir.

O, 1960-1962-ci illərdə London kimya cəmiyyətinin, 1963-1965-ci illərdə nəzəri və tətbiqi kimya Beynəlxalq ittifaqının prezidenti olmuşdur.

1982-ci ildən SSRİ Elmlər Akademiyasının xarici üzvü seçilmişdir. 1957-ci ildə “Nukleozidlər üzrə işlərinə görə”kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.

Lord Aleksander Todd 1997-ci ildə İngiltərədə, Kembricdə vəfat etmişdir.

JOURNALS
Useful links