News
"Qafqaz böyük sarsıntılar şəraitində: tarixi təcrübə, müasir dövr və perspektivlər" mövzusunda konfrans keçirilib
Dec 04, 2017 | 16:00 / Conferences, assemblies
Read 4154 time (-s)

Bu gün AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Qafqazşünaslıq İnstitutu tərəfindən “Qafqaz Böyük Sarsıntılar şəraitində : Tarixi təcrübə, müasir dövr və perspektivlər“ mövzusunda Respublika Elmi Konfransı keçirilib . Tədbirdə AMEA-nın Qafqazşünaslıq, Fəlsəfə, iqtisadiyyat və digər elm və təhsil müəssisələrindən 100-dən çox alim və tədqiqatçı iştirak edib. Açılış mərasimi Azərbaycan Dövlət Himninin oxunması ilə başlayıb. Açılışı akademik, AMEA-nın vitse prezidenti İsa Həbibəyli edib..Akademik konfransın siyasi və ictimai əhəmiyyətə malik oldugunu bildirib. Son illər dövlətimizdə gedən inkişaf haqqında, bir çox dünya miqyaslı layihələrdə iştirakımızı vurgulayıb . Daha sonra akademik, AMEA İctimai Elmlər Bölməsinin akademik – katibi Nərgiz Axundova çıxış edib. Öz çıxışında akademik-katib, Azərbaycanın Qafqazın İslam və Xristian aləminin qovuşdugu bir ölkə olduğunu, bu konfransın maraq və aktuallıq kesb etdiyini deyib. AMEA-nın müxbir üzvü, Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlının ”Cənubi Qafqaz 100 il əvvəl və indi: müqayisəli təhvil” məruzəsi ilə  konfrans davam edib. O çıxışını Ulu Öndər Heydər Əliyevin “Qafqaz dünyanın böyük dövlətlərinin diqqət mərkəzindədir, dünyanın diqqətini cəlb edir “ sözləri ilə başlayıb. Ölkəmizdə Qafqazşünasliq üçün böyük bir potensial oldugunu söyləyib. Konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

JOURNALS
Useful links