News
Alimlər havanı yanacağa çevirdilər
Nov 15, 2017 | 10:41 / Interesting information
Read 4655 time (-s)

Cənubi Koreyadan kimyaçılar qrupu  yalnız günəş işığının enerjisini istifadə etməklə, atmosferdəki karbon qazını metana çevirən nanomaterial yaratdılar.

Alimlər sink oksidin nanohissəciklərinin üzərində eksperiment apararkən və onları başqa nanomateriallarla kombinə edərkən onların kimyəvi və optik xassələrinin dəyişməsini müşahidə etdilər.

Bu təcrübələr zamanı müəyyən olundu ki, sink oksidi və mis oksidindən ibarət kombinə edilmiş nanohissəciklər CO2 molekulunu çox aktiv udur, yaxşı işıqlanmada və su altında karbon turşusunu parçalayır və metana çevirir.

Bundan əlavə, bu nanohissəciklər uzun zaman istifadə olunanda dağılmırlar və çirklənmirlər.  İndi ekspertlər öz işlərini texnologiyanın öyrənilməsi və təkmilləşməsinə, eləcə də tükənməz enerji mənbəyi əldə etmək üçün sənaye qurğusunun istehsalını yaratmağa yönəldiblər.

JOURNALS
Useful links